A

ÜFTTD və Karyera planlaşdırılması və inkişafı kafedrasının təşkilatçılığı ilə tələbələr arasında UNEC in 95 illik yubileyinə həsr olunmuş videoçarx müsabiqəsi keçiriləcək.

Müsabiqənin məqsədi: UNEC-in 95 illik yubiley tədbirləri çərçivəsində tələbələrin UNEC-ə olan sevgi və bağlılıqlarını ifadə etmələri, eləcə də onların universitetlə bağlı zəngin tarixin bir parçası olaraq öz töhvələrini təqdim etməsinə şərait yaratmaqdır.  

Videonun müddəti: maksimum 3 dəqiqə olmalıdır.

Format: MP4 və ya MOV formatlarında olmalıdır.

Dillər: Azərbaycan dilində təqdim edilməlidir.

Yarışmaya qatılacaq şəxslərin yaş qrupları: Tələbələr

Yarışma mövzusu: Videolar UNEC-in tarixi, mədəniyyəti, tələbə  həyatı, beynəlxalq əlaqələri, kampus həyatı və ya universitetin gələcək  inkişafı ilə bağlı ola bilər.

Məzmunun orijinallığı: Videolar orijinal olmalıdır.

Təqdimetmə: Videoların təqdimatları izləmə şəklində olacaq.

Müsabiqənin qiymətləndirilməsi: Videolar kreativlik, məzmunun düzgünlüyü, təqdimatın keyfiyyəti və orijinallığına görə qiymətləndiriləcək. 

Qaliblərin seçilməsi:

  • Seçim mərhələsi: Videolar peşəkar heyyət tərəfindən qiymətləndirəcək
  • Qaliblər: 1-ci, 2-ci və 3-cü yerlər üzrə mükafatlar və sertifikatlar təqdim olunacaq.
  • Hədiyyələr “İNNAB” Biznes Məktəbi tərəfindən təqdim olunacaq.

Videoların yüklənməsi üçün son tarix: 03.05.2025

Müsabiqənin final mərhələsi: 06.05.2025

Video materialı yükləmək və qeydiyyatdan keçmək üçün aşağıdakı anket sorğusunu cavablandirmaq kifayətdir.

ANKET SORĞUSU

TOP XƏBƏRLƏR