A

"Akademik Yusif Məmmədəliyevin 120 illiyinin qeyd edilməsinə dair Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı"nın icrasını təmin etmək məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Gənc alimlər arasında akademik Yusif Məmmədəliyevin elmi irsinə həsr olunmuş “Ən yaxşı məqalə” müsabiqəsi elan edilir.

Müsabiqənin məqsədi görkəmli alim akademik Yusif Məmmədəliyevin elmi irsinin öyrənilməsi, təbliği və gənc tədqiqatçılar arasında elmi fəaliyyətə marağın artırılmasıdır.

İştirak şərtləri:

Elmi katib:  dos. A.Niyazova;  əlaqə: +99450 5351420

Qiymətləndirmə meyarları:

  • Mövzunun aktuallığı və elmi yenilik dərəcəsi
  • Tədqiqat metodologiyası və nəticələrin elmi əsaslandırılması
  • Akademik Yusif Məmmədəliyevin ideyalarına istinad və onların müasir baxışla təhlili
  • Məqalənin təqdimat səviyyəsi və yazı mədəniyyəti

Mükafatlandırma:

Müsabiqənin nəticələri akademik Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunmuş elmi seminar çərçivəsində elan olunacaq, qaliblər UNEC rəhbərliyi tərəfindən diplomla  mükafatlandırılacaqlar.

Tövsiyə olunan mövzular:

  1. Akademik Yusif Məmmədəliyevin elmi irsi: milli elmin inkişafında rolu
  2. Neft-kimya elminin banisi: Yusif Məmmədəliyevin tədqiqat metodologiyası və müasir elmlə əlaqəsi
  3. Elmi irsin iqtisadi potensialı: Yusif Məmmədəliyev və elmin innovasiya iqtisadiyyatında rolu
  4. Yusif Məmmədəliyev və milli elmi məktəbin formalaşması
  5. Elmi liderlik və idarəetmə prinsipləri: Yusif Məmmədəliyevin elmi məktəbi nümunəsində
  6. Elmin iqtisadi təhlükəsizliyə təsiri: akademik Yusif Məmmədəliyevin elmi ideyaları fonunda
  7. Kimya elmlərinin inkişafında Yusif Məmmədəliyevin töhfələri və müasir tətbiqləri
  8. Akademik Yusif Məmmədəliyev və azərbaycan elminin beynəlmiləlləşmə prosesi
  9. Gənc alimlər üçün elmi fədakarlıq nümunəsi: Yusif Məmmədəliyevin həyat və yaradıcılıq dərsləri
  10. Yusif Məmmədəliyevin elmi ideyalarının müasir təhsil və tədqiqat mühitində aktuallığı.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay