Danimarka Texniki Universitetinin (DTU) professoru Mads Peter Sorensen UNEC-də “Rəqəmsallaşma və riyazi modelləşdirmənin enerji dayanıqlığına keçidə təsiri” mövzusunda seminar keçib.
O, seminarda bərpa olunan enerji mənbələrinin dəyişkən təbiətini və enerji sistemlərinə inteqrasiyasında yaşanan problemləri həll etmək üçün rəqəmsallaşma və riyazi modelləşdirmənin mühüm rol oynadığını vurğulayıb. Professor Sorensen real vaxt tətbiqləri üçün proqnozlaşdırma modelləri, süni intellekt və maşın öyrənməsi kimi qabaqcıl yanaşmaların, eyni zamanda optimallaşdırma, idarəetmə, statistik modelləşdirmə kimi riyazi fənlərin əhəmiyyətini qeyd edib.
Seminarda, həmçinin, enerji sektorundakı məlumatların toplanması və yeni rəqəmsal həllərin yaşıl keçidi sürətləndirmək məqsədilə tətbiqi məsələləri ətrafında müzakirələr aparılıb.