A

UNEC Kitabxana İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva “Yaşıl kitabxana” mövzusunda elmmetrik təhlil aparıb.

Adilə Abdullayevanın apardığı təhlilləri təqdim edirik.

“Green library” mövzusu üzrə SCOPUS bazasında aparılan araşdırma və təhlilə əsasən, demək olar ki, mövzu üzrə bu günə qədər 121 nəşr mövcuddur. Bunlardan 102-si ingilis, 12-si xorvat, 3-ü portuqal, 2-si çin, 1-i türk, 1-i isə ispan dilində dərc edilib. Tarixinə görə ən ilkin araşdırma 1989-cu ilə məxsusdur. Bu, Stanford Universitetinin Yaşıl kitabxanası haqqında aparılan araşdırmadır. Müəllifləri Chrzastovski T., Cobb D., Davis N., Geil J., və Kruger B. olan “Research notes: Library collection deterioration: A study at the University of Illinois at Urbana-Champaign” sərlövhəli yazı “College and Research Libraries” jurnalında (50 (5), pp. 577–583) dərc edilib və məqaləyə 15 istinad var.

Mövzu üzrə ən çox tədqiqat aparan TOP 5 ölkə - ABŞ (16), Hindistan (16), Xorvatiya (13), Çin (9) və Almaniyadır (6). Ən çox məqalə yazan müəlliflər arasında ilk beşlikdə Fedorowicz-Kruszewska M. (5), Mwanzu A. (4), Sahavirta H. (3), Ajani Y.A. (2), Baharuddin M.F. (2) yer alır.

Mövzu üzrə ən çox araşdırma çap edilən 5 jurnal bunlardır: Viesnik Bibliotekara Hrvatska (12), Elektronic Green Journal (6), Ifla Journal (6), Library Managment ( 5 məqalə), Library Philosophy and Practice (5).

Nəşr növünə görə bölgü aparsaq, 121 nəşrdən 88-i məqalə, 14-ü kitab fəsli,11-i konfrans materialı, 4-ü icmal, 4-ü isə digər nəşrlərdir. Bu materiallar əsasən, aşağıdakı təşkilatlar tərəfindən elmi araşdırmaya cəlb edilib: Uniwersytet Mikolaja (4), Toruniu, Helsinki City Library (3), University of Zagreb, Faculty of (3), Humanities and Social Sciences, The Aga Khan University Kenya (3), Knjižnice grada Zagreba (2).

Araşdırılan yazıların 48.4%-i əsasən sosial elmlər, 14,9 % incəsənət və humanitar elmlər, 11.7 % kompüter elmləri, 7.4 % mühəndislik, 3.2% yer və planet elmləri, 2.1% ətraf mühitin mühafizəsi, 2.1% riyaziyyat və nəhayət 1.6 % (hər biri üzrə) kənd təsərrüfatı və biologiya elmləri, biznes, idarəetmə və mühasibatlıq, iqtisadiyyat, ekonometriya və maliyyə sahələri üzrədir.

Bu tədqiqat nəticələrinə 639 dəfə isnad edilib və ən çox isnad sayı olan TOP 5 araşdırma aşağıdakı kimi müəyyənləşdirilib:

  1. 2010-cu ildə dərc edilmiş və 79 isnad alan “Sustainability challenge for academic libraries: Planning for the future” (Jankowska, M.A., Marcum, J.W.);
  2. 2013 nəşri olan 42 isnadlı “Green libraries are more than just buildings” (Aulisio, G.J.);
    3. 2018-ci ildə dərc edilmiş 38 dəfə isnad edilmiş “Smart libraries” (Schöpfel, J.);
  3. 2014-cü ildə dərc edilmiş və 34 isnad almış “From green libraries to green information literacy” (Kurbanoglu, S., Boustany, J.);
  4. 27 isnad alan 2021-ci ildə dərc edilmiş “Sustainable development challenges in libraries: A systematic literature review (2000–2020)” (Khalid, A., Malik, G.F., Mahmood, K.) məqalədir.

Abdullayeva Adilə,
UNEC Kitabxana İnformasiya Mərkəzinin direktoru
MƏNBƏ
Məlumatlar 20.11.2024-cü ilə aiddir.

TOP XƏBƏRLƏR