UNEC-in akademik və inzibati heyəti üçün təşkil olunan Soft skills (yumşaq bacarıqlar) təlimlərinin imtahanları keçirilib.
2 ay davam edəm təlimlərdə 259 akademik və inzibati heyəti iştirak edib. 40 saatı əhatə edən təlimlər “Effektiv kommunikasiya”, “Vaxtın idarə edilməsi”, “Effektiv komandanın qurulması”, “Qərar qəbulunun metodları” üzrə təşkil olunub.
Ümumilikdə isə yeni tədris ilində Soft skills təlimlərində 500 nəfər akademik və inzibati heyət iştirak edib.
İmtahanları uğura verən iştirakçılar sertifikat əldə edəcəklər. Qazanılan sertifikat UNEC-də inzibati heyətin xidməti fəaliyyətinin qiymətləndirilməsi zamanı nəzərə alınacaq.