×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Failed deleting index.html


A

“Universitetlərin missiyası tələbələrə bilik vermək, onları tədqiqata cəlb etmək, mədəniyyət aşılamaqdır. Gənclərin hərtərəfli şəxsiyyət kimi yetişməsində mütaliə mədəniyyətinin çox böyük təsiri vardır”.

Bu fikirləri millət vəkili Etibar Əliyev UNEC-də ulu öndər Heydər Əliyev ili”nə həsr olunan “Oxu mədəniyyəti” layihəsinin təqdimatında səsləndirib.

“Türkiyədə elmin bütün sahələri üzrə kitablar, eləcə də Nobel mükafatçılarının əsərləri həmin il müxtəlif dillərdən tərcümə olunaraq oxuculara çatdırılır. Bu, elmin populyarlaşmasında çox böyük rol oynayır. Bu tip kitablar universitetlərdə tədris olunmalıdır.

Universitetlər təhsilin keyfiyyətinin xarakteristikası, qiymətləndirilməsi üzrə prinsiplər müəyyənləşdirməlidirlər. Misal üçün deyə bilərəm ki, 90-cı ildə “Boing” şirkəti mühəndislər üçün bir neçə meyar müəyyən etmişdi: ixtisasın elmi əsaslarını yaxşı anlamaq, informasiya texnologiyalarını bilmək, layihələndirmə və planlaşdırma prosesini anlamaq, kommunikativ bacarıqlara, yüksək etik normalara, tənqidi və yaradıcı düşüncə qabiliyyətinə malik olmaq, çevik, inamlı və sürətli dəyişikliklərə adaptasiyanı bacarmaq və nəhayət, bütün həyatı boyu oxumağa vərdiş etmək. Bütün bunlar üçün fənlərarası sistemli yanaşma olmalıdır. Fikrimcə, universitetlər yanaşmanı bütün ixtisaslarda tətbiq edə bilərlər.

Universitetlərin reytinq cədvəlində UNEC kitabxana indikatoru üzrə qabaqcıl yerlərdən birini tutur. Düşünürəm ki, UNEC kitabxanası istər elektron, istər ənənəvi kitabxana kimi gələcəkdə cəmiyyətə açıq olacaq. UNEC-də mütaliə mədəniyyətinin daha da genişləndirilməsi məqsədilə 80 kitab hədiyyə gətirmişəm. Bu, mənim universitetə töhfəmdir”.

TOP XƏBƏRLƏR