A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və Mühasibat fakültəsində ölkənin ən aparıcı banklarından biri olan “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən “Qoşa saat” adlı seminar keçirilib.

Karyera Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Maliyyə və Mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev, bankın İnsan resurslarının idarə edilməsi departamentinin aparıcı mütəxəssisi Nərgiz Ənvərli, biznes tərəfdaşı Fidan Xubanlı və mütəxəssisi Müşfiq Əliyev, Əlaqə mərkəzi və alternativ satış şöbəsinin müdiri Səbuhi Əkbərov, məlumat mərkəzi üzrə qrup rəhbəri Elçin Səfərov, alternativ satış kanalları üzrə qrup rəhbəri Ülvi Adilzadə və sosial şəbəkələr üzrə qrup rəhbəri Əliəkbər Qəmbərov iştirak ediblər.

Seminarda bankın İnsan resurslarının idarə edilməsi departamentinin biznes tərəfdaşı Fidan Xubanlı “Uğurlu CV hazırlamaq və müsahibəyə hazırlıq” mövzusunda geniş təqdimatla çıxış edərək, tələbələrə CV-lərin hazırlanması zamanı diqqət ediləcək məqamlar barədə məlumat verib və müsahibələrə yaxşı hazırlaşmağın yollarını açıqlayıb. Bankın Əlaqə mərkəzi və alternativ satış şöbəsinin müdiri Səbuhi Əkbərov isə ABB-nin Əlaqə Mərkəzinin fəaliyyət rejimi və göstərdiyi xidmətlər barədə ətraflı məlumat verib.

Seminardan sonra interaktiv fasilə və tələbələrin CV-lərinin qəbulu prosesi təşkil edilib.

TOP XƏBƏRLƏR