UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) mentorları Yasəmən Nəsibova və Cəfər İbrahimovun təşkilatçılığı ilə COP-29-la bağlı "İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror" mövzusunda təqdimat keçirilib.
Tədbirə Maliyyə ixtisasının tələbələri Polad Atayev və Əli Niftəliyev tərəfindən çıxışlar təqdim edilib.
Əli Niftəliyev təqdimatında BMT-nin Paris İqlim müqaviləsi, qlobal iqlim dəyişiklikləri və COP tədbirlərinin yaranmasının mahiyyətindən bəhs edib. Ə.Niftəliyev öncə Azərbaycanın COP-28-də iştirakı barəsində məlumat vermiş,daha sonra COP-29 tədbirinin ölkəmiz üçün əhəmiyyətindən danışıb. Tədbirdə Azərbaycanın COP-29 üçün seçilmə səbəbləri vurğulanaraq, ölkəmizdə görülən hazırlıq işləri barəsində müzakirələr aparılıb, habelə bu tədbirdə universitetimizin rolu qeyd olunub.
Sonra Polad Atayev təqdimatında ilk öncə 30 il ərzində ermənilərin Qarabağa vurduğu ekoloji ziyandan bəhs edib, qoruqların flora və faunasının məhv edilməsi, çayların çirklənməsi, göllərin quruması və meşələrin yandırılması haqqında məlumatlar verib.