Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində əsas vəzifəsi peşəkarlara və tələbələrə təhsildə və karyerada hədəflərinə çatmasına kömək etməkdən ibarət olan “Barattson” şirkəti tərəfindən “Xaricdə təhsil” infosessiyası və “morooq” platformasının təqdimatı təşkil olunub.
Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, ölkə başçısı cənab İlham Əliyevin gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaları üçün yaratdığı imkanlardan bəhs edib və tələbələrin xaricdə təhsil imkanları barədə məlumatlandırılması istiqamətində təşkil olunan görüşlərin əhəmiyyətini vurğulayıb.
“Barattson” şirkətinin əməkdaşları Hüseyn Rəsulov, Bəhmən Hacıyev, Leyla Hacıyeva, Nərmin Həsənzadə və Nərmin Abdullayeva geniş təqdimatla çıxış edərək, tələbələrə xarici ölkələrin ali məktəbləri və müxtəlif qəbul prosesləri, təqaüd proqramlarına qəbul olmağın yolları, IELTS sınaq imtahanı platforması olan “morooq” vasitəsilə imtahanın necə verilməsi və platformadan istifadə qaydaları barədə ətraflı məlumat veriblər.
Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.