A

Sumqayıt şəhərində Azərbaycan Gəncləri Günü münasibətilə “Gənclər Paytaxtı 2025”in açılış mərasimi keçirilib.

Mərasimdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, gənclər və idman naziri Fərid Qayıbov, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri, deputat Şahin İsmayılov və Azərbaycan Gənclər Fondunun icraçı direktoru Qədir Xəlilov çıxış ediblər.

Gənclər və idman naziri F.Qayıbov UNEC-in İqtisadiyyat və İdarəetmə fakültəsinin “Ekologiya” ixtisası üzrə IV kurs tələbəsi Könül Bayramovaya “İlin Gənci” mükafatını təqdim edib. Könül Bayramova ekologiya və iqlim dəyişikliyi sahəsindəki fəal ictimai fəaliyyəti, maarifləndirmə layihələri və beynəlxalq platformalarda təmsilçiliyi ilə seçilərək bu mükafata layiq görülüb.  

K.Bayramova Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi və UNICEF Azərbaycan tərəfindən həyata keçirilən Gənc İqlim Elçiləri proqramının fəal üzvüdür. Qeyd edək ki, o ekoloji maarifləndirmə, iqlim dəyişikliyi ilə mübarizə və davamlı inkişaf sahəsində bir sıra layihələr həyata keçirərək, gənclərin və uşaqların ekoloji biliklərinin artırılmasına töhfə verib. UNEC tələbəsi olaraq o, həm yerli, həm də beynəlxalq müzakirələrdə iştirak edərək, ekoloji problemlərin həlli istiqamətində innovativ yanaşmalar irəli sürüb.

UNEC adından Könül Bayramovanı təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. 

TOP XƏBƏRLƏR