A

Azərbaycanı AIGF platformasında təmsil edən finalçılar mükafatlandırılıb.

Mükafatlandırma mərasimində UDİU-nin rektoru Silin Yakov, UNEC-in prorektoru İlham Hüseynov, Beynəlxalq əməkdaşlıq departamentinin direktor vəzifəsini icra edən Turan Süleymanov, universitetin müəllim-tələbə heyəti iştirak edib.

Forumda Azərbaycanı təmsil edən UNEC-in Rus İqtisad Məktəbinin tələbələri Yekaterinburqda keçirilən müsabiqənin superfinalına qatılıblar.

Superfinalda “Mikroiqtisadiyyat” istiqaməti üzrə 3-cü kurs tələbəsi Həsən Ağayev superfinalda I yerin qalibi olub. 4-cü kurs tələbəsi Aişə Allahverdiyeva II yerə, “Makroiqtisadiyyat” istiqaməti üzrə 3-cü kurs tələbəsi Surət Məmmədov 4-cü yerə layiq görülüb.

“Mənim sevimli şəhərim: dünən, bu gün, sabah” adlı ən yaxşı videocarx yarışında UNEC tələbələri Vahid Məmmədov və Fatimə İbrahimovanın təmsil etdikləri “Fayla” komandası superfinalda 4-cü yeri qazanıblar.

Müsabiqənin qaliblərinə diplom, orden və pul mükafatları təqdim olunub.

Forumun nəticələrinə əsasən, XII AİGF-un materialları toplusunun buraxılması nəzərdə tutulub.

TOP XƏBƏRLƏR