Paşa Bank ASC-nin nümayəndələri UNEC tələbələri üçün biznes innovasiyalarından bəhs edən təlim keçiblər.
Bankın nümayəndələri Tahir Bayramlı, Yaşar Cəfərli, Yusif Səmədov tərəfindən keçirilən təlimlərdə tələbələrə innovasiyalar, onların əhəmiyyəti, məhsul sahibi olmağın yolları, özünüinkişaf və bu istiqamətdə digər mövzularla bağlı ətraflı məlumat verilib.
UNEC Karyera mərkəzinin təşkilatçılığı ilə keçirilən təlimin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.