×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Failed deleting e4007fced64050105533db625a516a03-cache-page-646dab771289e02ec3e650c0f4261a12.php


A

Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universitetinin rektoru Tolegen Muxtarın rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub.

UNEC rektoru professor Ədalət Muradovla görüşdə universitetlər haqqında məlumat mübadiləsi aparılıb. UNEC-in təhsil imkanlarını, beynəlxalq reytinqlərdəki mövqeyini yüksək qiymətləndirən qazaxıstanlı rektor bu ali təhsil müəssisəsi ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib. O, Şərqi Qazaxıstan Universitetinin müəllimlərinin Orhun proqramı çərçivəsində UNEC-də mübadilədə iştirak etdiklərini bildirərək, gələcəkdə bu əlaqələrin daha genişləndirilməsinin hər iki universitet üçün faydalı olacağını diqqətə çatdırıb. Rektor Ədalət Muradov isə türkdilli dövlətlərin ai təhsil müəssisələri ilə əlaqələrin qurulmasının UNEC-in prioritetlərindən olduğunu vurğulayaraq, mümkün əməkdaşlıqla bağlı fikirlərini bölüşüb.

Görüşdə gələcək əməkdaşlıq istiqamətində zəruri qərarlar qəbul edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay