×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Failed deleting e4007fced64050105533db625a516a03-cache-page-e4608267d19d3b5323ffb77d6966ad83.php


A

Bu gün UNEC-də “UNEC 100” İnkişaf Strategiyası çərçivəsində həyata keçirilən işlərə həsr edilmiş iclas keçirilmişdir.

Rektor, professor Ədalət Muradov struktur bölmələrin rəhbərlərinin iştirak etdiyi tədbirdə Strategiya çərçivəsində elmi fəalyyət üzrə işlər müzakirə edilmişdir.

Ə.Muradov böyük elmi potensiala sahib olan UNEC-in tədqiqatlarının fəaliyyətimizin əsas meyarı kimi qiymətləndirilməli olduğunu vurğuladı. Tədqiqatçı alimlərə xüsusi diqqət ayrılacağı, UNEC-in elmi fəaliyyətinin SWOT təhlilinin aparılacağını qeyd etdi.

Elmi fəaliyyət sahəsində UNEC hədəfləri sırasında magistr və doktorantların hazırlanması mexanizmini mütərəqqi dünya təcrübəsinə uyğunlaşdırmaq, UNEC-də dünya səviyyəli Beyin Mərkəzinin yaradılması nəzərdə tutulmuşdur. UNEC-in hədəfində qrant və sifarişli elmi tədqiqatların maliyyə tutumunun universitet büdcəsində xüsusi çəkisinin qaldırılması, “Web of Science”, Scopus platformalarında alimlərin çap etdirdiyi məqalələrinin sayının artırılması, UNEC-in elmi jurnallarının bu platformalara daxil edilməsi qeyd edilmişdir.

Tədbirdə Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin direktoru, professor Zahid Məmmədov hesabatla çıxış etmişdir. O, İnkişaf strategiyası çərçivəsində elmi fəaliyyətin təkmilləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində departametin üzərinə düşən vəzifələrdən, görülən işlərdən danışmışdır.

Doktorantura şöbəsinin müdiri, dosent Həmid Həmidov çıxış edərək, fəaliyyət sahəsində atılan addımlara toxunmuş, xarici ölkə vətəndaşı olan doktorantların UNEC-ə cəlb edilməsi, doktorantura sahəsində işin təkmilləşdirilməsi məsələsinə toxundu.

UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru, professor  Yadulla Həsənli çıxışında, AMEA-nın elan etdiyi qrant müsabiqəsində qalib gəlmiş ETİ-nin cari ildə də layihəyə davam edəcəyini, elmi qrantların əldə edilməsi sahəsində görülən işlərdən danışdı.

UNEC Biznes Məktəbinin direktoru, dosent Nazim Hacıyev çıxışında 2012-ci ildən başlayaraq, çap olunan “The Journal of Economoc Sciences: Theory and Practice” jurnalına olan elmi istinadların sayının 56% artdığını, yaxın vaxtlarda nəşrin Scopus platformasına daxil ediləcəyini bildirdi.

İclas müzakirələrlə davam edib.

TOP XƏBƏRLƏR