A

UNEC-in Türk Dünyası İqtisad Fakültəsində (TUDİFAK) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Dəmir şəxsiyyət” həftəsi çərçivəsində “Ulu öndərin izi” adlı tədbir keçirilib.

Tədbirdə TUDİFAK-in dekanı prof.Mehmet Yüce, İqtisadiyyat və işlətmə kafedrasının baş müəllimi Nəriman Xanəhmədov ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin tarixi əhəmiyyətindən, xilaskarlıq missiyasından, Türk dünyasının birliyi naminə gördüyü işlərdən bəhs ediblər.

Tədbirin bədii hissəsində fakültənin tələbəsi Vüsalə Əsədova “Heydər Əliyev və Azərbaycan tarixində misilsiz rolu” adlı təqdimatla çıxış edib. Sonra isə tələbələrdən Fikrət Qasımzadə “Vətən oğlu” şeirini səsləndirib, Elxan İsgəndərov ulu öndər Heydər Əliyevin sevdiyi "Küçələrə su səpmişəm" xalq mahnısını ifa edib.

Sonda TGT tərəfindən hazırlanmış "Heydər Əliyev-100 il" adlı videoçarx nümayiş olunub.

TOP XƏBƏRLƏR