A

UNEC-in “Karyera planlaşdırılması və inkişafı” kafedrasının müəllimi Mehriban Musayeva təşəbbüsü ilə, AKBİS konsaltinq şirkətinin maliyyə direktoru Oksana Soloryeva tələbələrə təlim keçib.

O.Soloryeva tələbələrə  iş aləminin müasir tendensiyaları, namizədlərə olan yeni tələblər və yeni işə qəbul müsabiqələrinin formaları, eləcə də gənclərin şəxsi karyera inkişafında diqqət edəcəkləri məqamlar haqqında ətraflı məlumat verib. O, həmçinin  şirkətlərdə iş mühitinin şəxsi inkişafa təsir edən amillərindən, təşəbbüskarlığın, özünü inkişafın, süni intelekt alətlərindən istifadənin karyera inkişafında əhəmiyyəti haqqında da danışıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR