A

UNEC-in Türk Dünyası İqtisad fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan Heydər Əliyev Mirası və Texnologiya İnnovasiyaları çərçivəsində "İstehsalın sirləri" adlı seminar təşkil olunub.

Seminarın xüsusi qonağı Bakı Tekstil Fabrikinin baş direktoru Elçin Babayev yüngül sənaye haqqında danışıb,  tekstil sənayesindəki son inkişaf və yenilikləri müzakirə edib.

Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR