UNEC-in Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və İqtisadçı Vətənpərvərlər Təşkilatının birgə təşəbbüsü ilə Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə Türk Dünyası İqtisad Fakültəsində 8 noyabr- Zəfər Günü ilə bağlı “Zəfər Yolu” adlı tədbir keçirilib.
Tədbirdə TUDİFAK-ın dekanı prof.dr. Mehmet Yüce, dekan müavini Cəvahirxanım Məmmədova, Bakı Slavyan Universitetinin müəlliməsi Xəyalə Nuşirəvanova, 44 günlük Vətən Mübaribəsinin qazisi Qorxmaz Sadıqzadə, fakültənin müəllim və tələbə heyəti iştirak ediblər.
Tədbirdə fakültənin dekanı prof.dr. Mehmet Yüce tədbirdə çıxış edərək bildirib ki, xalqımız artıq üçüncü ildir ki, Azərbaycanın ən yeni tarixinin - şanlı Zəfər salnaməsinin təntənəsi ilə yaşayır, 8 Noyabr – Zəfər Günü birliyimizin və milli iradəmizin rəmzi kimi Azərbaycanımızın tarixinə qızıl hərflərlə əbədi həkk olunub. Mehmet Yüce qeyd edib ki, bu böyük Qələbə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi, müdrik rəhbərliyi və dəqiq planları, həmçinin cəsarəti, şücaəti və müzəffər Ordumuza böyük inamı sayəsində qazanılıb.
Tədbirdə 44 günlük Vətən Mübaribəsinin qazisi Qorxmaz Sadıqzadə ikinci Qarabağ müharibəsində keçdiyi döyüş yolundan danışıb, müharibə xatirələrindən söz açıb.