A

“Həftənin kitabı” bu həftə oxuculara “Деньги, кредит, банки” (“Pul, kredit, banklar”) kitabını təqdim edir.

Kitabın müəllifi iqtisad elmləri doktoru, professor A.Y.Dvoreskayadır.

Dərslikdə kreditin əsas növü və formaları, kreditin tədiyyə balansının, beynəlxalq ehtiyatların əsas forma və növlərinin təsviri verilib, pul-kredit tənzimlənməsinin məzmunu və xüsusiyyətləri, beynəlxalq valyuta-kredit və hesablaşma münasibətləri, valyuta nizamının tənzimlənməsinin perspektivlərinin proqnozu təhlil edilib. “Banklar, kredit və pul” mövzusunda nəzəri bilikləri ümumiləşdirən və intensiv, analitik və tənqidi təfəkkürün inkişafına töhfə verən müstəqil işə geniş yer verilib. Eləcə də müəllif, hər fəsilin sonunda testlər, yoxlama suallar və tapşırıqlar daxil edib.

472 səhifəlik “Деньги, кредит, банки” kitabı “Юрайт” nəşriyyatında 2018-ci ildə çapdan çıxıb. Oxucu-istifadəçilər kitabla UNEC-in 24/7 Kitabxanasında tanış ola bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay