“Həftənin kitabı” bu buraxılışında “Reklam işi” kitabını təqdim edir.
Kitabın müəllifi iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Nigar Hüseynovadır.
Dərs vəsaitində yeni məhsulun və brendin təqdimatında, daim dəyişən, eləcə də inkişafda olan biznes mühtində sağlam rəqabətin aparılmasında, müasir bazar şəraitində tələb və təklifin aktiv idarə edilməsində və demək olar ki, bütün sahələrdə reklamın rolunun əhəmiyyətindən danışılır. Kitabda müasir reklam növlərinin son dərəcə müxtəlifliyi və insan həyatına toxunuşu, həmçinin qaçılmaz təsirləri, ictimaiyyətlə əlaqələri, sosial –psixoloji aspektləri, reklam bazarının strateji tədqiqat metodları, hədəf auditoriyasının siqmentasiyası, reklam mətninin yaradılması, reklam dizaynı, beynəlxalq reklamın inkişaf istiqamətləri və digər mövzular təhlil edilib, geniş işıqlandırılıb.
“Reklam işi” kitabı 2025-ci ildə “UNEC” Nəşriyyatında çapdan çıxıb. Dərs vəsaiti 150 səhifədir. Oxucu-istifadəçilər kitabla UNEC KİM-in 24/7 və bütün kitabxanalarında yaxından tanış ola bilərlər.