A

“Həftənin kitabı”  bu həftə Azərbaycan Dövlət İqtisad Universitetinin 95 illik, eləcədə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr edilən, “XX əsrin 80-90-cı illərində AMEA İqtisadiyyat İnstitutunda iqtisadi fikrin inkişafı” kitabını təqdim edir.

Kitabın müəllifi AMEA İqtisadiyyat İnstitutunun İqtisadi siyasətin nəzəri əsasları və iqtisadi fikir tarixi şöbəsinin aparıcı elmi işçisi iqtisad üzrə fəlsəfə doktoru Aygün Fətəliyevadır.

Monoqrafiyanın redaktoru iqtisad üzrə fəlsəfə doktoru Xosrov Kərimov, rəyçiləri iqtisad elmləri doktoru Seyfəddin Səməndərov və iqtisad üzrə fəlsəfə doktoru Təranə Nəcəfovadır.

Monoqrafiyada XX əsrin 80-90-cı illərində Azərbaycanda iqtisadi fikir araşdırılıb. Kitabda bazar iqtisadiyyatı sistemi, ölkə alimlərinin bu sistemə keçid ilə bağlı iqtisadi düşüncələri, fikirləri sistemləşdirilib, zəruri qanunauyğunluqlar müəyyən edilib.

164 səhifəlik “XX əsrin 80-90-cı illərində AMEA İqtisadiyyat İnstitutunda iqtisadi fikrin inkişafı” kitabı 2021-ci ildə “Elm və Bilik” nəşriyyatında çapdan çıxıb. Oxucu-istifadəçilər monoqrafiyanı UNEC KİM-in 24/7 kitabxanasından əldə edə bilərlər.

TOP XƏBƏRLƏR