A

Bu buraxılışda “Həftənin kitabı” rubrikası sizə ölkəmizdə siyasi idarəetmə sahəsində fundamental dərslik statusu qazanan “Siyasi menecment” kitabını təqdim edir.

Kitabın müəllifi – fəlsəfə elmləri doktoru, professor, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Politologiya və Siyasi İdarəetmə” kafedrasının müdiri Nigar Ələkbərovadır.

“Siyasi menecment” fənni üzrə yazılan bu dərslik, sahəyə dair nəzəri-metodoloji və tətbiqi bilikləri özündə birləşdirən ilk fundamental əsərdir. Kitabda siyasi menecmentin tarixi, mahiyyəti, funksiyaları və növləri ilə yanaşı, siyasi proseslərin idarə edilməsi, siyasi marketinq, ictimai əlaqələr (PR), siyasi reklam, kampaniya menecmenti, siyasi konsaltinq və lobbizm kimi mühüm mövzular geniş şəkildə şərh olunur.

344 səhifədən ibarət olan bu dərslik müasir beynəlxalq və yerli təhsil standartlarına cavab verir, idarəçilik və siyasi təfəkkürün formalaşdırılması üçün magistrantlar, eləcə də dövlət qulluqçuları və idarəçilər üçün əhəmiyyətli vəsaitdir. Kitab 2022-ci ildə “Elm və Təhsil” nəşriyyatında çap olunub.

Kitabla yaxından tanış olmaq istəyən oxucular UNEC KİM-in 24/7 və 4 saylı kitabxanalarına müraciət edə bilərlər.

TOP XƏBƏRLƏR