A

Azərbaycanın tanınmış yazıçısı Seyran Səxavət UNEC Kitabxana-İnformasiya Mərkəzinə Azərbaycan, rus, ingilis və fransız dillərində 300-ə yaxın kitab, 22 nüsxə jurnal hədiyyə edib. 

"Oxu mədəniyyəti" layihəsi çərçivəsində UNEC-ə hədiyyə olunan nəşrlər Azərbaycanın ədəbiyyatı, tarixi, Qarabağ hadisələri və milli qəhrəmanların həyatından bəhs edir. Xarici dildə olan nəşrlər arasında Şimali və Cənubi Azərbaycan mövzusu rus şairlərinin şeirlərində, Moskvada fransız dilində nəşr olunmuş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri M.Füzuli, M.F.Axundov, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, C.Cabbarlı, N.Nərimanov, Mir Cəlal, M.İbrahimov, M.S.Ordubadi və digərlərinin əsərləri, eləcə də Azərbaycan köçkünləri ilə bağlı kitablar yer almışdır.

Nəşrlərlə UNEC-in kitabxanalarında tanış olmaq olar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay