A

İyunun 12-də VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR-2025) öz işinə başlayıb.

UNEC, Heydər Əliyev Mərkəzi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi, “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı və Paşa Holdinq şirkətlər qrupunun baş sponsorluğu ilə təşkil olunan VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR-2025) iyunun 14-dək davam edəcək. UNEC-in 95 illik yubileyinə həsr olunan builki konfrans “Dairəvi iqtisadiyyat və dayanıqlı ekosistem” mövzusuna həsr olunub.

Konfransda çərçivəsində aktual mövzularda bir-birindən maraqlı çıxışlar, panel sessiyalarla yanaşı, kitab sərgisi də təşkil olunub.

Sərgidə konfransın məqalələrindən ibarət “Xülasələr toplusu” nümayiş edilib. Kitabda konfransın Elm Komitəsi tərəfindən seçilmiş 224 məqalə yer alıb.

Eləcə də konfrans çərçivəsində çap olunmuş “Akademik yazı”, “Dairəvi iqtisadiyyat” kitabları da iştirakçıların diqqətinə çatdırılıb.

Sərgidə UNEC tərəfindən azərbaycan dilinə tərcümə olunmuş “Bazarın hüdudları”, “Dayanıqlı enerji” kitabları da yer alıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay