A

UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin təşkilatçılığı ilə baş tutan VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR-2025) açılış mərasimindən sonra panel müzakirələrlə davam edib.

Birinci panel müzakirə “COP29 və Azərbaycanın töhfəsi: İqlim dəyişikliyi və maliyyələşdirilməsi, resurslardan səmərəli istifadə” mövzusunda olub.

Panelin moderatoru, İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov çıxışında Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinə və COP29-a ev sahibliyi kontekstində qarşıya qoyduğu hədəflərə və əldə olunan uğurlara toxunub.

Azərbaycan Respublikasının energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov, Milli Məclisin deputatı, BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, Türkiyənin Boğaziçi Universitetinin iqlim üzrə alim-professoru və “Dairəvi iqtisadiyyat” kitabının müəllifi prof. Levent Kurnazın spikeri olduqları panel müzakirələrdə mövzuya dair elmi, praktiki və nəzəri baxış təqdim olunub. Çıxış edənlər iqlim maliyyəsi, bu sahədə mövcud problemlər və onların aradan qaldırılması yolları, resurslardan səmərəli istifadə, eləcə də Azərbaycanın ev sahibliyi ilə keçirilən COP 29-da danışıqlar zamanı iqlim maliyyəsində əldə olunan uğurlar barədə fikirlərini bölüşüblər.  COP 29-un nəticələrinin yalnız regiona deyil, qlobal olaraq, dünyanın ən ucqar ölkələrinə müsbət təsir edəcəyini bildirən spikerlər qəbul edilən qərarlar baxımından Azərbaycanın ən uğurlu COP-larından birinə ev sahibliyi etdiyini  qeyd ediblər.

ƏTRAFLI

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay