A

bp sosial fəaliyyətləri çərçivəsində prioritet sahələrdən biri olan təhsilin inkişafına dəstək məqsədilə beynəlxalq miqyasda tanınmış akademik dərsliklərin ingilis dilindən azərbaycan dilinə tərcüməsini həyata keçirib.

Tərcümə olunan 5 kitab - “Marketinq strategiyası”, “İnformasiya təhlükəsizliyi prinsipləri”, “Rəqəmsal marketinq”, “İqtisadi siyasət”, “Növbəti. Gələcəyin qısa tarixi” - UNEC Kitabxana İnformasiya Mərkəzinə hədiyyə olunub. Kitablar əsasən, marketinqin prinsipləri, davamlı rəqabət üstünlüyünün idarə edilməsi, informasiya təhlükəsizliyinin idarə edilməsi, risklərin idarə olunması, rəqəmsal marketinqin əsasları, mikromühit, rəqəmsal makromühit, rəqəmsal media və marketinq kompleksi, pul siyasəti, vergi siyasəti kimi mövzuları əhatə edir.

Nəşrlər təhsilalanlar, elmi tədqiqatçılar, iqtisadiyyat, informasiya təhlükəsizliyi və rəqəmsal marketinqlə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Kitabları UNEC-in kitabxanalarından əldə etmək olar

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay