A

UNEC-in doktorantının məqalələri “Thomson Reuters” bazasına daxil olan jurnallarda nəşr edilib.

UNEC-in doktorantı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramovun iki məqaləsi “Thomson Reuters” bazasına daxil olan və İctimai Elmlər İstinad İndeksi olan “SSCI” (Social Sciences Citation Index) sistemində qeydiyyatda olan jurnallarda nəşr edilib.

V.Bayramovun tədqiqatçı Gülnarə Abbas ilə birgə hazırladığı “Xəzər dənizi hövzəsində neft şoku: diversifikasiya siyasəti və subsidiyalı iqtisadiyyatlar” adlı məqaləsi son beş illik orta impakt faktoru 3.135 olan Böyük Britaniyada nəşr edilən “Resources Policy” jurnalında çap edilib. Məşhur “Elsevier” nəşriyyatının yayımladığı məqalə ilə bu keçiddə tanış ola bilərsiniz: 

http://www.sciencedirect.com/science/article/pii/S0301420717300326

UNEC-in doktorantının Ləman Orucova ilə birlikdə hazırladığı “Resursla zəngin olan türk dilli ölkələrdə volatilik, diversifikasiya və neft şoku: Canlama üçün İmkanlar” adlı digər məqaləsi isə “Thomson Reuters” bazasına daxil olan “Bilig” jurnalında nəşr edilib. Məqalə ilə bu linkdə tanış olmaq olar:

http://bilig.yesevi.edu.tr/yonetim/icerik/makaleler/2080-published.pdf

Məlumat üçün bildirək ki, “Bilig” jurnalı Beynəlxalq Ahmet Yesevi Universitetinin nəşridir və İctimai Elmlər İstinad İndeksi olan “SSCI” (Social Sciences Citation Index) sistemində qeydiyyatdadır.

Qeyd edək ki, V.Bayramovun digər məqaləsi ötən ay mənzil qərargahı Parisdə yerləşən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən nəşr edilib.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay