A

15 oktyabr 2021-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının otuzuncu ildönümünə həsr olunmuş “Azərbaycan iqtisadiyyatı müstəqillik illərində” mövzusunda Respublika elmi konfransı keçiriləcək.

Konfransın müzakirə mövzuları:

1.Müstəqillik illərində institusional islahatlar.

2.Müstəqillik illərində regionların inkişafı.

3. Müstəqillik illərində maliyyə, uçot və statistika

4.Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası.

5.Ərazi bütövlüyünün bərpası və iqtisadi inkişafın perspektivləri.

Konfransda ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən professor-müəllim heyəti və tədqiqatçılar iştirak edə bilərlər. Konfrans materialları kitab şəklində çap olunacaq.

Konfransda elmi məruzələrlə iştirak etmək arzusunda olanlar üçün məqalələrin tərtibinə aşağıdakı tələblər qoyulur:

  • Məqalə Azərbaycan dilində təqdim olunur.
  • Mətn A4 formatında (210x297mm), Microsoft Word proqramında Times New Roman şrifti ilə yığılır (şriftin ölçüsü-12; sətirlararası interval -1,5; kənardan məsafələr: soldan - 3 sm; sağdan - 1 sm; yuxarıdan və asağıdan - 2 sm), xülasə 100- 150 sözdən, açar sözlər isə 5 sözdən artıq olmamalıdır.
  • Məqalənin mətni 6-8 səhifə həcmində olmalıdır.
  • Mərkəzdə məqalənin adı (qalın şriftlərlə), növbəti sətirdə müəllifin elmi dərəcəsi, elmi adı, soyadı, adi və atasının adı (tam açıq şəkildə), onun altında isə müəllifin işlədiyi və ya təhsil aldığı müəssisənin adı (kursiv şriftlərlə), elektron ünvan və əlaqə telefonu yazılmalıdır.
  • Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə və AAK-in tələblərinə uyğun göstərilir (istinad olunan ədəbiyyatın nömrəsi mətnin içərisində göstərilir, məsələn, [2]).
  • Məqalənin konfrans materiallarına daxil edilməsi Elm kömitəsinin müvafiq qərarı ilə müəyyən ediləcəkdir. Zərurət yarandıqda Elm komitəsinin irad va qeydləri əsasında müəllif tərəfindən məqalə üzərində düzəliş edilərək təkrar göndərilməsi nəzərdə tutulur.
  • Elm kömitəsinin irad va qeydləri qəbul edilmədikdə və düzəliş edilərək vaxtında göndərilmədikdə məqalə konfrans materiallarına daxil edilməyəcək.
  • Materiallar antiplagiat proqramı ilə yoxlanılacaq.
  • Məqalə bir nəfərin müəllifliyi və ya həmmüəllifliyi ilə qəbul edilir.

Konfrans materialları 30 sentyabr 2021-ci il tarixindən gec olmayaraq elektron variantda aşağıdakı email ünvana göndərilməlidir:

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Əlaqə: (012) 492-72-98

TOP XƏBƏRLƏR