A

UNEC Kitabxana İnformasiya Mərkəzi “Qarabağ mövzusu dünya kitabxanalarında” layihəsinin növbəti sayında Fransa Milli Kitabxanası araşdırılıb.

1461-ci ildə Parisdə əsası qoyulan Fransa Milli Kitabxanası 40.9 milyon nüsxə fonda malikdir. Kitabxananın elektron kataloqu araşdırılarkən orada  Qarabağa aid 202 biblioqrafik yazı tapıldı. Bunları 167 kitab və elektron kitab, 12 audio sənəd, 9 ikonoqrafik (təsviri) sənəd, 8 kartoqrafik nəşr, 6 animasiyalı şəkil, 2 ədəd isə dövrü nəşr olmaqla təsnifləşdirmək olar.

Sənədlərin çap olunduğu dillər üzrə statistika belədir: fransız dilində - 69, ingilis dilində - 58, Azərbaycan dilində - 9, erməni dilində - 52, rus dilində - 7, çoxdilli nəşrlərin sayı isə 21-dir.

Kataloqda olan 167 kitabın dillər üzrə statistikası da verilmişdir (fransız (55), ingilis (54), erməni (46), çoxdilli (12), alman (7), rus (7), azəri (2), italyan (2), digər dillər (2), holland (1), fars (1), türk (1)).

Araşdırmadan məlum oldu ki, Fransa Milli Kitabxanasında Qarabağın adının qeyd olunduğu ən qədim nəşr, müəllifi fotoqraf G.de Labry olan 1888-ci ildə çəkilmiş "Rusiya Türküstanı və Qafqaz" başlıqlı şəkillər toplusudur. [Labry, G. de. Photographe. [17 phot. du Turkestan russe et du Caucase en 1888, par G. de Labry, donateur en 1890], 1888, 17 phot. F. 14. Caucase, le cheval de race Karabagh]

Toplu 17 şəkildən ibarətdir. 14-cü şəkildə Qarabağ atının təsviri verilib. 1890-cı ildə müəllif tərəfindən Fransa Milli Kitabxanasına təqdim olunub.

Ümumilikdə kitabxanada bu mövzuda XIX əsrə aid 5 sənəd vardır. Bunların 1-i alman (G.Radde “Karabakh”, 1890), 3-ü fransız, 1-i erməni dilindədir.

Kitabxananın kataloqunda mövzuya dair dövlətimizin mövqeyini əks etdirən ən yeni nəşrlərə nümunə kimi aşağıdakıları göstərmək olar.

Nəticə olaraq yenə də təəssüflə qeyd etməliyik ki, son illərin ən yeni nəşrləri erməni xalqının mənafeyini özündə əks etdirən kitablardır.

Qeyd: Məlumatlar Fransa Milli Kitabxanasının elektron kataloqu üzrə 11.11.2021-ci il tarixinə aiddir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay