A

UNEC-in İqtisadiyyat fakültəsində “Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması” mövzusunda elmi seminar keçirilib.

Seminarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bacarıqların inkişafı sektorunun müdiri Nizami Məmmədov məruzə edərək ölkədə aparılan uğurlu sosial-iqtisadi siyasətdən bəhs edib. Dövlət başçısının imzaladığı fərman və sərəncamlara əsasən, respublikada əməkhaqları və pensiyaların, sosial müavinətlərin, təqaüdlərin ciddi şəkildə artırılmasının aparılan güclü sosial siyasətin məntiqi nəticəsi olduğu vurğulayıb. Eyni zamanda, ölkəmizdə sahibkarlığın inkişafına, məşğulluq imkanlarının artırılmasına əlverişli şərait yaradıldığını, vergi qanunvericiliyində edilən dəyişikliklərin özəl sektorun inkişafındakı əhəmiyyətini diqqətə çatdırıb.

Tədbirdə Prezident cənab İlham Əliyevin 9 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın müsbət nəticələrindən, əmək bazarı iştirakçılarının qanuni mənafelərinin qorunması üçün atılan mühüm addımlardan bəhs olunub. Qeyri-leqal məşğulluq hallarının vergi və sosial sığorta ödəmələrinin həyata keçirilməsinə, işçilərin əmək və sosial hüquqlarının təminatına ciddi maneə olduğu bildirilib. Belə halların aradan qaldırılmasında birgə səylərinin artırılmasının vacibliyi vurğulanıb.

Seminarın sonunda tədbir iştirakçılarının sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay