Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Müstəqil Azərbaycan Quruculuğu Strategiyası” mövzusunda respublika elmi-praktiki konfransı “Gələcəyin mühəndisləri: İnnovativ texnologiyalar və süni intellektin tətbiqi” bölməsi üzrə 3 saylı tədris binasında işini davam etdirib.
Bölmə iclasında Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi, Mühəndislik fakültəsi, Rəqəmsal iqtisadiyyat fakültəsi və UNEC Dizayn məktəbinin tələbələri müxtəlif mövzularla çıxış ediblər.
Çıxışlarda süni intellektin təhsildə rolu, VR sistemlərin təhsildə tətbiqi, vakuum batareyası, tıxacların süni intellekt üzrə aradan qaldırılması, kibertəhlükəsizlikdə görünməyən təhdidlər, üz tanımada maneələr və maşın öyrənməsi ilə innovativ həllər, generativ və innovativ texnologiyaların gücü və digər məsələlərə toxunulub. Həmçinin, işğaldan azad olunmuş ərazilərdə çayların ekoloji vəziyyəti, yaşıl ərazilərin son 10 ildə dəyişiminin GİS əsaslı təhlili, süni intellekt texnologiyalarında optimallaşdırma üsulları, veb tətbiqlərində Front-End təhlükəsizlik riskləri, süni intellektin gücü, texnologiyanın gələcək iqtisadiyyata təsiri, süni intellektin dağ-mədən sənayesində tətbiqi və başqa mövzular müzakirə olunub.