A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Hər kəs bir gün kod yazacaq” adlı seminar təşkil olunub.

Seminar Div Akademiyasının spikerləri Gülnar Fəqanlı və Murad Nərimanlı tərəfindən keçirilib. Spikerlər “Proqramlaşdırmaya necə başlamalı?”, “Əmək bazarında proqramlaşdırmanın yeri” , “Freelance saytlarda iş tapmaq” mövzuları haqqında tələbələrə məlumat veriblər.

Seminarda spikerlər mövzuyla bağlı öz təcrübələrini tələbələrlə bölüşərək, onların suallarını cavablandırıblar. Sonda tələləbələrə hədiyyələr təqdim olunub.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay