UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində tədris prosesində gender bərabərliyi yanaşmasının tətbiqinə həsr olunmuş təlim təşkil edilib.
Təlim “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının baş müəllimi Nərgiz Əliyeva tərəfindən aparılıb.
Təlim zamanı iştirakçılara gender bərabərliyi anlayışı, bu anlayışın hüquqi, sosial və təhsil sahələrində əhəmiyyəti geniş şəkildə izah edilib. Nərgiz Əliyeva qeyd edib ki, gender bərabərliyi qadın və kişilərin bərabər hüquqlara, vəzifələrə və imkanlara sahib olmalarını ifadə edir. Məruzəçi bunun sadəcə hüquqların tanınması ilə məhdudlaşmadığını, fərdlərin cəmiyyətdə fəal rol oynaması və sosial həyata inteqrasiya bacarığı ilə də sıx bağlı olduğunu da diqqətə çatdırıb.
Təlimdə bildirilib ki, təhsil insanlara digər hüquqlardan istifadə etmək və cəmiyyətin inkişafında əsas amillərdəndir. Qeyd olunub ki, bu yanaşma əsasında aparılan elmi araşdırmalarda Azərbaycanda gender və təhsil sahəsindəki vəziyyət təhlil olunub, qadınların və kişilərin təhsil imkanlarına çıxışı və bu prosesin cəmiyyətə təsiri öyrənilib.
Təlimin gender bərabərliyi mövzusunda maraqlı müzakirələrlə davam edib.