A

UNEC-də ölkənin tanınmış ziyalılarının iştirakı ilə “Heydər Əliyev ili”nə həsr olunan “Oxu mədəniyyəti” layihəsinin təqdimatı olub. Tədbirdə Milli Kitabxananın direktoru professor Kərim Tahirov ulu öndər Heydər Əliyevin kitaba verdiyi dəyərdən danışıb:

“Ulu öndər Heydər Əliyevin kitab oxumağa, kitabla dost olmağa, kitabın insanın həyatındakı roluna, kitabxana və kitabxana işçilərinə verdiyi dəyərləri təhlil etdikcə, yaxşı mənada heyrətə gəlirsən. Təbii ki, ulu öndər kitabdan yararlanmasaydı və kitab onun həyatında böyük rol oynamasaydı ona elə böyük dəyər verməzdi. Kitabla dost olmağın, kitab oxumağın, çox mütaliə eləməyin ən böyük təcəssümü məhz Heydər Əliyevdir. Ulu öndər gənclərə həmişə deyirdi: “Mən müsbət keyfiyyətlərimə görə kitaba borcluyam, siz də kitablarla dost olun”.

K.Tahirov ölkədə oxu statistikasının aparılmamasının mənfi təsirləri barədə də fikirlərini bölüşüb:

“...Təəssüflər olsun ki, Azərbaycanda nə qədər kitab çap olunduğu, adambaşına düşən, mütaliə olunan kitab sayının, mütaliənin statistikası aparılmır. Bu, kitab nəşrinin, mütaliənin inkişafına  mənfi təsir göstərir. Kitab mütaliəsi ilə bağlı biz universitetlərdə sorğu keçirmək istəyirik. Yaxşı mütaliənin yolu gənclərin bu istiqamətdə marağının öyrənilməsindən keçir. Kitab nəşri, mütaliə ilə bağlı statistikanın aparılmasının səbəblərindən biri də tələb-təklifə uyğun kitab biznesinin olmamasıdır. Biz kitab bazarını kifayət qədər zənginləşdirə bilərik, lakin bu, oxucuların istəyinə uyğun gəlməyə bilər. Ona görə də mütləq tələb və təklif bir-biri ilə uzlaşmalıdır. Bu məsələdə universitetlərin, ziyalıların köməyinə ehtiyacımız var”. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay