A

UNEC-in 90 illik yubileyinə həsr olunan II. İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların Beynəlxalq Elmi Konfransı öz işini onlayn seksiyalarla davam etdirir.

Konfrans seksiyalarının ilk günündə 35 seksiyada 167 iştirakçı məruzə ilə çıxış edib. 31 mayda isə 30 seksiya baş tutacaq və bununla da konfrans öz işini başa vuracaqdır. Konfransın seksiyaları ictimaiyyətə açıq keçirilir, hər bir şəxs seksiyaları dinləmək üçün proqramdakı ZOOM platforması linkinə daxil olaraq dinləyici kimi iştirak edə bilər.

Xatırladaq ki, 29 mayda təşkil olunan onlayn konfransın açılış mərasimində UNEC-in rektoru, professor Ədalət Muradov, Təhsil nazirinin müavini Firudin Qurbanov, Paşa Holdinqin Baş İcraçı Direktoru Cəlal Qasımov çıxış ediblər. Daha sonra isə Azərbaycan, ABŞ, Rusiya və Türkiyədən olan tədqiqatçılar plenar çıxışda iştirak ediblər. Konfransın baxış sayı 7000-dən çox  olub.

Beynəlxalq konfrans UNEC-in təşkilatçılığı və Paşa Holdinq şirkətlər qrupunun dəstəyi keçirilir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay