Elm və Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı müsabiqənin qalibləri açıqlanıb.
Müsabiqədə UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin “Mühasibat uçotu” ixtisası üzrə tələbəsi Nigar Həsənli 1-ci yerə layiq görülüb.
Kollecin digər tələbəsi Aydan Ələkbərova müsabiqədə şeir kateqoriyası üzrə II yeri, Zəhra Məlikova, Fidan Şəfiyeva, Nihad Babayev və Aydın Alıyevin təmsil olunduqları “Zirvə” rəqs qrupu isə III yeri qazanıb.
Tələbələrimizi təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!