UNEC Dizayn Məktəbinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Mədəniyyət və incəsənətdə Heydər Əliyevin rolu” mövzusunda seminar keçirilib.
Seminarı UNEC Dizayn Məktəbinin direktoru dosent Lalə Məmmədova açaraq Ulu Öndərin Azərbaycanın mədəniyyət siyasətinin banisi olduğunu vurğulayaraq, əsası qoyulan müstəqil Azərbaycanın mədəniyyət siyasətinin ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdiyindən danışıb.
Seminarda Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun Qafqaz Albaniyasının incəsənəti və memarlığı şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyeva “Ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyət və incəsənətinin inkişafında böyük rolu” mövzusunda məruzə ilə çıxış edib.
Dizayn kafedrasının müdiri dosent Elfanə Qasımova çıxışında Heydər Əliyevin digər sahələrdəki kimi, dahiyanə uzaqgörənliyi, mükəmməl bilik və bacarığının mədəniyyət sahəsində də dərin və silinməz iz qoyduğunu qeyd edib.
Sonda Tələbə Elmi Cəmiyyətinin rəhbəri b.m.Gülçöhrə Salehzadə çıxış edərək Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoyduğunu və mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin beynəlxalq aləmdə tanınmasını vurğulayıb.