19-20 oktyabr tarixlərində UNEC MUN klubu tərəfindən “AzMUN” proqramı çərçivəsində 2-ci UNEC MUN Simulyasiya Konfransı keçirilib.
İki gün davam edən konfransda, müxtəlif universitetlərdən 65 tələbə iştirak edib.
Tələbələr ölkələri iki komitədə, UNEC və UN WOMEN-DƏ təmsil ediblər.
Konfransda iqlimlə bağlı miqrasiya və gender əsaslı zorakılıq kimi vacib qlobal məsələlər müzakirə olunub. Hər iki komitədə yazılmış qətnamələr uğurla qəbul edilib.
Sonda iştirakı ilə fərqlənən tələbələrə sertifkatlar təqdim edilib.