A

11-22 noyabr tarixlərində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) könüllü qismində iştirak etmiş UNEC tələbələri təltif olunublar.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasında UNEC-in 350 tələbəsi könüllülük fəaliyyəti göstərib.

Azərbaycanın ev sahibliyi ilə keçirilmiş mötəbər tədbirdə könüllülük fəaliyyətinə verdikləri dəyərli töhfələrə görə UNEC tələbələri rektor, professor Ədalət Muradovun əmri ilə “Fəxri Fərman”larla təltif olunublar.

TOP XƏBƏRLƏR