A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndə heyəti Almaniyada işgüzar səfərdədir.

UNEC-in Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova, Daxili audit şöbəsinin müdiri Rəşad Muradov və rektorun referenti Günel Əhmədova işgüzar səfər çərçivəsində Almaniyanın Anhalt Tətbiqi Elmlər Universitetində olublar.

Nümayəndə heyəti universitetin prezidenti professor Jörg Bagdahn və Logistika Menecment Proqramının direktoru professor Markus Holz ilə görüşüblər, UNEC-in infrastrukturu, həyata keçirilən yerli və beynəlxalq layihələr və proqramlar barədə geniş məlumat veriblər. Görüş zamanı müəllim, tələbə mübadiləsi, birgə magistr və bakalavr proqramları, nəşrlər və digər məsələlər barədə müzakirələr aparılıb.

Görüşün nəticəsi olaraq hər iki universitet arasında yeni memorandum imzalanıb, Azərbaycan-Alman Enerji Beynəlxalq Tədqiqat Mərkəzinin yaradılması barədə razılıq əldə edilib.

TOP XƏBƏRLƏR