A

UNEC-in Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentinin (ÜFTTD) "Karyera Planlaşdırılması və İnkişafı" kafedrasının  təşkilatçılığı ilə İqtisadiyyat və idarəetmə fakültəsinin IV kurs tələbələri üçün seminar keçirilib.

Seminarda Paşa Bankın təcrübəli əməkdaşları Lalə Həşimova və Nərmin Qurbanova çıxış edərək, "Agile Project Management" mövzu haqqında məlumat veriblər.

Təlimin məqsədi tələbələrə Agile metodologiyasının praktiki tətbiqlərini daha dərindən mənimsətmək və onların sərt bacarıqlarını inkişaf etdirməkdir.

Təlimçilər tələbələrə Agile prinsipləri, onun layihə idarəetməsində əhəmiyyəti və biznes mühitində tətbiqi haqqında ətraflı məlumat verib.

Təlim 2 hissədən- nəzəri mühazirə və interaktiv workshoplar ibarət olub. Workshop hissəsində isə tələbələr qrup işlərində iştirak edərək real layihə ssenariləri üzərində işləyiblər. Bu, onların nəzəri biliklərini praktik tapşırıqlarla möhkəmləndirməsinə şərait yaradıb.

Təlimin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR