A

UNEC-in Ümumi fənlərin tədrisinin təşkili Departamentinin təşkilatçılığı ilə Azərbaycan dilinin tədrisinin keyfiyyətinin artırılması və müasir yanaşmaların tətbiqi ilə bağlı aktual məsələlərə həsr olunmuş elmi seminar keçirilib.

Seminarı giriş sözü ilə açan departamentin direktoru dos. Gülnarə Rzayeva “Azərbaycan dilində akademik və işgüzar kommunikasiyanın onlayn tədrisində gamifikasiya və vizual alətləri“ mövzusunda məruzə ilə çıxış edib. O, yeni yanaşmaların tələbələrə dilin öyrədilməsi zamanı dərsləri daha interaktiv etmək üçün mühüm vastələrdən biri olduğunu vurğulayıb.

Sonra "Azərbaycan dili" kafedrasının müdiri prof.Tofiq Əbdülhəsənli çıxış edərək qeyd edib ki, Azərbaycan dilinin tədrisinin təkmilləşdirilməsi üçün təklif olunan yanaşmalar həm tədris keyfiyyətini artıracaq, həm də tələbələrin bu dilə olan marağını gücləndirəcək eləcə də, onları müasir dövrün tələblərinə uyğun hazırlamaq baxımından əhəmiyyətli olacağını deyib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR