A

UNEC-də “Qəhrəmanını tanı” layihəsi çərçivəsində ilk görüş keçirilib.

Görüş Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

“Böyük Qayıdış” Gənclər Təşkilatının sədr müavini, Aprel döyüşləri qazisi Əhliyət Mehdiyevin moderatorluğu ilə keçirilən görüşdə Vətən müharibəsi qaziləri Xəqani Məmmədov, Elşad Təhməzov və Cavid Həsənov çıxış edərək, tələbələrə keçdikləri döyüş yolundan, müharibə dövründə ordumuzun göstərdiyi rəşadətdən danışıblar. Sonra tələbələri maraqlandıran sualları cavablandırıblar.

Qeyd edək ki, layihə Gənclər Fondunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatının, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.

TOP XƏBƏRLƏR