A

UNEC-in 95 illik yubileyi çərçivəsində Rus İqtisad Məktəbinin (RİM) kollektivi və tələbələrin birgə təşəbbüsü ilə növbəti xeyriyyə aksiyası həyata keçirilib.

Aksiya UNEC-in dosenti Tahirə Kərimovanın rəhbərliyi ilə baş tutub.

Xeyriyyə təşəbbüsü çərçivəsində "Azərbaycan Uşaqları" İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə yardım göstərilib.

Aksiyanın əsas məqsədi sosial məsuliyyətin artırılması, ehtiyacı olanlara dəstək göstərilməsi və tələbələrdə humanizm dəyərlərinin aşılanması olub. Mərkəz rəhbərliyi göstərilən diqqət və yardıma görə UNEC kollektivinə təşəkkür edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay