A

UNEC-in 95 illik yubileyi çərçivəsində Ümumi fənlərin tədrisinin təşkili departamentində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş elmi seminar keçirilib.

Seminar Ulu Öndər Heydər Əliyevi və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Ümumi fənlərin tədrisinin təşkili departamentinin direktoru dosent Gülnarə Rzayeva tədbirin əhəmiyyətindən bəhs edərək vətənpərvərlik ruhunda yetişən, milli dəyərlərə bağlı gənclərın formalaşdırılmasının universitetimizin əsas prioritetlərindən olduğunu vurğulayıb. Qeyd edib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər gənclərdə dövlətçilik düşüncəsinin formalaşmasına xidmət edir, eyni zamanda  konstitusiyanın mahiyyəti və dövlətçilik prinsiplərinin daha yaxşı mənimsənilməsində mühüm rol oynayır.

“Humanitar fənlər” kafedrasının müdiri professor Vəkil Həsənov “Konstitusiya və Suverenlik İli”nin Azərbaycanın tarixində böyük ictimai-siyasi hadisə olduğunu diqqətə çatdırıb.

Seminarın əsas məruzəçisi “Humanitar fənlər” kafedrasının dosenti Ramin Qurbanov Prezident İlham Əliyevin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı Sərəncamının dövlətçilik tariximiz, qanunlarımız, eləcə də suverenliyimizin bərpası prosesinin dərindən öyrənilməsi və geniş təbliği baxımından böyük əhəmiyyətə malik olduğunun bildirib. O, çıxışında Azərbaycan Respublikasının Konstitusiyasının yaranma tarixi, onun əhəmiyyəti, vətəndaşların hüquq və azadlıqları, eləcə də Azərbaycanın dövlət suverenliyi barədə maraqlı və əhatəli məlumatları auditoriyanın diqqətinə çatdırıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay