UNEC-də qiyabi təhsil alan tələbələr 20 Yanvar şəhidlərini yad ediblər.

Öncə vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova bildirib ki, 20 Yanvar xalqımızın yaddaşına, müstəqillik  tarixinə qanla yazılmış bir səhifədir. Azərbaycanlıların  azadlıq səsini ucaltdığı, öz ərazi bütövlüyü  uğrunda  qəhrəmanlıq  nümayiş etdirdiyi bu şərəfli tarixdə UNEC-in 2 tələbəsinin də adının əbədi olaraq yaşayacağını diqqətə çatdıran prorektor, Habil Əzizovla İlqar Əbilhəsənovun xatirəsinin daim əziz tutulduğunu və gələcək nəsillərə örnək olacağını qeyd edib.

Tədbirdə çıxış edənlər 20 Yanvar hadisələri zamanı ölkəmizdə yaranan siyasi vəziyyətdən danışıblar, həmin hadisələri xalqımızın müstəqillik arzusuna qarşı öncədən planlaşdırılmış qətliam adlandırıblar. Məruzəçilər hadisələrə ilk siyasi-hüquqi qiymətin məhz Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyini bildiriblər, Azərbaycan xalqının müstəqillik tarixində mühüm əhəmiyyət kəsb edən bu şanlı səhifənin gənc nəslə çatdırılmasının əhəmiyyətini vurğulayıblar. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay