A

18-21 iyun 2025-ci il tarixlərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Marsol MMC-nin birgə təşkilatçılığı ilə “VI Yerli şirkətlərin tanıtım sərgisi” uğurla keçirilib.

Sərgidə 300-ə yaxın yerli şirkət müxtəlif sahələr üzrə məhsul və xidmətlərini təqdim edərək, ölkənin biznes potensialının nümayişinə töhfə verib.

Tədbir çərçivəsində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tərəfindən sərgiyə fəal könüllü dəstəyi göstərilib. UNEC THİK-in 1 əməkdaşı məsul şəxs, 15 tələbə koordinator və 121 könüllü tələbə ilə təmsil olunması tələbələrin təşkilati işlərdəki fəallığını və məsuliyyətini bir daha ortaya qoyub.

UNEC tələbələrinin yüksək təşəbbüskarlıq və məsuliyyətlə sərgiyə verdiyi töhfə, eləcə də qonaqlara göstərdikləri nəzakət və mədəniyyət sərginin uğurla təşkil olunmasında mühüm rol oynayıb.

Sərginin sonunda təşkil edilən təltifolunma mərasimində fəal iştirak edən könüllülər sertifikatlarla təltif olunublar.

Təltifolunma mərasimində Marsol MMC-nin direktoru Bilal Əliyev, Məlhəm Hospitalın direktoru Sevda Əlizadə, Mahkam StoneSam Baku, Roofs MMC, Şəms Group, Silo Construction MMC şirkətlərinin təsisçiləri, eləcə də UNEC THİK sədr müavinləri Günay Ağazadə və Həsən Həşimov iştirak ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay