A

Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi UNEC-də mühazirə deyib.

Azərbaycan diplomatiyasının 100 illiyi çərçivəsində keçirilən görüşdə Leyla Abdullayeva Azərbaycan Xalq Cümhuriyyəti dövründə diplomatik fəaliyyət, həmçinin Azərbaycanın müstəqillik illərində əsasının Ümummilli Lider tərəfindən qoyulduğu fundamental xarici siyasətdən söz açıb, beynəlxalq müstəvidə Azərbaycanın mövqeyi və rolundan bəhs edib. XİN-in rəsmisi  Dağlıq Qarabağ münaqişəsi, sözügedən münaqişənin həll edilməsi istiqamətində aparılan danışıqlar prosesi, xüsusilə ATƏT-in Minsk Qrupunun rolundan da danışıb. L.Abdullayeva, xarici siyasətin əsas prioritetləri, geosiyasi mənzərədə Azərbaycanın rolu, ikitərəfli və çoxtərəfli, eləcə də rəqəmsal  diplomatiya və digər mövzular ərafında fikirlərini bölüşüb və tələbələrin suallarını cavablandırıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay