A

UNEC-in Zaqatala filialının tələbəsi Səfiyyə Orucova imtahan sessiyasında ən yüksək (98,7 bal) nəticəni əldə edərək təhsilini Bakıda davam etdirir.

Maliyyə ixtisası üzrə IV kurs tələbəsi Səfiyyə Orucova artıq üçüncü dəfədir ki, Zaqatala filialında imtahanlarda ən yüksək nəticə göstərir və 3 semestrdir UNEC-də eyni ixtisas üzrə təhsil alır.

S.Orucova təhsilini Bakıda davam etdirməklə yanaşı, UNEC-in  ikinci əlaçı təqaüdünü də qazanıb.

UNEC-in rektorunun tələbələrə yaratdığı bu imkanı yüksək dəyərləndirən Səfiyyə ikinci əlaçı təqaüdünün tələbələr üçün böyük motivasiya olduğunu xüsusi vurğulayıb. Bakıda təhsil almağın üstünlüklərindən danışan S.Orucova stimullaşdırıcı qərarların tələbələrin daha yaxşı oxumaları və onlar arasında bilik uğrunda sağlam rəqabət mühitinin formalaşmasında mühüm rol oynadığını bildirib. O, Zaqatala filialında tələbələrin dərs və imtahanlara daha da məsuliyyətlə yanaşdığını qeyd edib.

Qeyd edək ki, UNEC-in rektoru Zaqatala filialında təhsil alan tələbələrin stimullaşdırılması məqsədilə imtahan sessiyasında ən yüksək nəticə göstərən tələbələrə ikinci əlaçı təqaüdünün verilməsi və tələbənin bir semestrlik Bakıda təhsilini davam etdirməsi barədə qərar qəbul edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay