A

Bakı Fond Birjası və AzFinance İnvestisiya Şirkətinin birgə təşkilatçılığı ilə tələbələr arasında “Kapital Bazarı Araşdırması” ("Capital Market Research Competition") adlı yarışma keçirilib. Yarışmada UNEC tələbələri də iştirak edib.

Yarışma kapital bazarları haqqında məlumatlılığı artırmaq, istedadlı tələbələrə dəstək vermək və onların bu istiqamətdə marağını artırmaq məqsədilə təşkil olunub. Tələbələrə 10 yerli şirkətin səhmlərindən yüksək gəlirli portfelini hazırlamaq, makroekonomik analiz etmək, “Top-down” və ya “bottom up” analizi tətbiq etmək, həmçinin şirkətin daxili dəyərini hesablanmaq, səhmləri qiymətləndirmək öhdəliyi verilib.

Yarışmada hər biri 3 nəfərdən ibarət olmaqla 5 komanda iştirak edib. UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin 3-cü kurs tələbələri yarışmada I və III yerin sahibi olublar.

I yerin sahibi olan komandada UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri Arzu Məmmədzadə, Nicat Alışov, Rəşad Mustafasoy təmsil olunublar. 3-cü yeri isə Cavad Əliyev, Nigar Vəliyeva, Mətin Babayevin komandası qazanıb.

Qalib olan tələbələr 1000 AZN pul mükafatı, təcrübə proqramı və ticarət üzrə təlim qazanıblar.

Qalib tələbələrimizi təbrik edirik!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay